• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 noyabr  2026-cı il

    25 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Kiçik zalında “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının tələbələrinin BMA-nın İxtisas musiqi məktəb-studiyasının şagirdləri ilə birgə açıq dərsləri keçirilib.

    Tədris və ifaçılıq təcrübəsinin vəhdətini nümayiş etdirən açıq dərslərdə BMA-nın III kurs tələbələri Leyla Tağıyeva, Züleyxa Bayramzadə, Anar Məmmədov, Ayla Seyidova və Ramizə Məmmədəli, həmçinin məktəb-studiyanın müxtəlif siniflərində təhsil alan şagirdlər iştirak ediblər.

    Açıq dərslər fortepiano, violin və marimbafon ixtisaslarını əhatə edib. İştirakçılar musiqi ifaçılığı bacarıqlarını nümayiş etdirməklə yanaşı, müəllim-tələbə-şagird əməkdaşlığının tədris prosesindəki əhəmiyyətini də diqqətə çatdırıblar.

    Dərslərin keçirilməsində BMA-nın təcrübəçi-tələbələrinin rəhbərləri – dosent Mədinə Tuayeva, dosent Sevinc Sultanova, baş müəllim Nairə Qulamova və Firuz Hüseynov, eləcə də İxtisas musiqi məktəb-studiyasının müəllimləri iştirak ediblər.

    Bu cür açıq dərslər gələcək musiqi pedaqoqlarının peşəkar hazırlığının möhkəmləndirilməsi, nəzəri biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsi və pedaqoji təcrübənin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    Bakı Musiqi Akademiyasında həyata keçirilən bu təşəbbüs musiqi təhsilinin davamlılığını, gənc ifaçıların inkişafını və gələcək pedaqoqların peşəkar formalaşmasını dəstəkləyən əhəmiyyətli tədris təcrübəsidir.