• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bakıxanova Zərifə Musa qızı

    (2 yanvar 1936 – 27 dekabr 2014)

    Professor, Əməkdar müəllim

    1954 – cü ildə Orta ixtisas musiqi məktəbini bitirib. Həmin il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix - nəzəriyyə fakültəsinə daxil olub, 1959 – cu il Konservatoriyanı nəzəriyyəçi ixtisası üzrə bitirib.

    1959 – 1993 – cü ilə kimi musiqi nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi və dosent vəzifələrində işləyib.

    1993 – 2007 – ci illərdə Türkiyənin Bilkənt Universitetində çalışıb.

    2009 – cu ildən Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında nəzəriyyə kafedrasının professor əvəzi vəzifəsində fəaliyyət göstərib.

    2011 – ci ildə “Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

    2014 – cü il dekabrın 27 – də vəfat edib.

    Əsərləri: “Tofiq Quliyev” broşuru “Solfecio” dərs vəsaiti (G.Hüseynova ilə birgə), Harmoniya dərsliyi (türk dilində)