• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2020-ci il

    Bu gün 22 may tarixində görkəmli Azərbaycan bəstəkarı Aqşın Əlizadənin doğum günüdür.

    Türkiyədən qayıdandan sonra ömrünün sonuna qədər bizim kafedrada işlədi. O zaman onu bir insan kimi yaxından tanıdım - xeyirxah, sakit təbiətli, alicənab, gözəl qəlbli bir adam idi. Çox hörmət edirdik ona, çox da sevirdik. Heç kimi incitməzdi, sadə, səmimi, həyatsevər və zəhmətkeş, işində səliqəli və tələbələrinə qarşı qayğıkeş idi.

    Bu videonu Aqşın müəllimə həsr etdim. Ruhu şad olsun.

    Xüsusən qeyd edim ki, videonun hazırlanmasında Aytən Heydərova və Fazilə Nəbiyevanın zəhməti var. Təşəkkür edirəm, var olun, dostlar! Çalışmışıq ki, təqdim olunan video bəstəkarın özü kimi pozitiv olsun və burada yüksək əhval-rihiyyə hökm sürsün.

    Aqşın müəllimin xatirəsinə böyük ehtiramla...

    Buyurun, izləyin.

     

    Aytən İbrahimova