• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 mart 2021-ci il

     Azərbaycan Respublikasının fortepiano triosunun solistləri, Əməkdar artistlər Töhfə Babayeva (skripka), Sabina İbrahimova (violonçel), Elnarə Kəbirlinskaya (fortepiano) Beynəlxalq onlayn-müsabiqə və " Kopenhagen ulduzları 2021" adlı (Danimarka) festivalda iştirak etdilər.

    Müsabiqə-festivalda müxtəlif nominasiyalar üzrə dünyanın bir çox ölkələrindən 600-dən çox ifaçı iştirak edirdi.

    Onlayn formatda keçirilən müsabiqədə trionun ifasında Azərbaycanın Xalq artisti Tofiq Bakıxanovun trio N.3 əsəri səsləndirildi.

    Danimarka Krallığının və dünyanın digər ölkələrinin mədəniyyət və incəsənət xadimlərindən ibarət nüfuzlu beynəlxalq münsiflər heyəti Azərbaycan Dövlət triosunun çıxışını yüksək qiymətləndirərək komandanı birinci yerə layiq gördülər və qızıl medalla təltif etdilər. Azərbaycan musiqiçilərinin beynəlxalq aləmdəki qələbəsi bu kollektivin və Azərbaycan ifaçılıq məktəbinin xidmətlərinin tanınmasıdır.