• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 iyul 2021-ci il 

    Fikrət Əmirov Assosiasiyasının Beynəlxalq mükafatı ilk dəfə təqdim olunub

     

    Bu ilin iyul ayında ABŞ-da keçirilən «Florida Keys» müsabiqəsi çərçivəsində Fikrət Əmirov Beynəlxalq Assosiasiyası Fikrət Əmirovun əsərinin ən yaxşı ifasına və xaricdə Azərbaycan musiqisinin təbliğinə görə gənc vokalçı Teymur Kazımov xüsusi mükafata layiq görülmüşdür. Mükafatı görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun qızı Sevil Əmirova təqdim etmişdir. Qeyd edək ki, bu mükafat ilk dəfə olaraq təqdim olunur.

    Teymur Kazımov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının şagirdidir, Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının layihəsinin iştirakçısıdır, 20 beynəlxalq müsabiqənin laureatıdır.

    Onlayn formatda keçirilən «Florida Keys» VI beynəlxalq onlayn musiqi müsabiqəsində Teymur Kazımov «Professional vokal» kateqoriyasında 1-ci yeri tutmuşdur.