• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 aprel – 2 may 2022-ci il

    Beynəlxalq rəqs gününə həsr olunmuş Beynəlxalq Simpozium

    MƏLUMAT MƏKTUBU

    Hörmətli həmkarlar!

    Bakı Xoreoqrafiya Akademiyası ali və orta təhsil müəssisələrinin professor-müəllim heyətini, elm sahəsində çalışan mütəxəssisləri, doktorant, dissertant və magistrantları 30 aprel – 2 may 2022-ci il tarixində Beynəlxalq rəqs gününə həsr olunmuş Beynəlxalq Elmi Simpoziumda iştirak etməyə dəvət edir.

    Simpoziumun məqsədi: Elm, yaradıcılıq və təhsil sahələrinin qarşılıqlı mübadiləsi.

    SİMPOZİUMUN İŞİ AŞAĞIDAKI İSTİQAMƏTLƏR ÜZRƏ TƏŞKİL OLUNACAQ:

    • Mədəniyyətlərarası dialoqda rəqs sənəti;
    • Rəqs sənətində ənənə və müasirlik;
    • Müasir elmdə xoreoqrafik əsərlərinin təhlili və təfsiri problemləri;
    • Xoreoqrafiya sənətinin müasir formalarının inkişaf perspektivləri;
    • Təsviri sənətdə xoreoqrafik obrazlar;
    • Rəqs və musiqi vəhdəti;
    • Televiziya məkanında rəqs sənəti;
    • Müxtəlif incəsənət növlərinin aktual problemləri.

     

    SİMPOZİUMUN ƏSAS TARİXLƏRİ:

    Ərizə və məruzələrin son qəbul günü: 20 aprel 2022 Qəbul olunan məruzələrin elanı: 23 aprel 2022 Simpoziumun keçirilmə tarixi: 30 aprel – 2 may 2022

    Simpoziumda aşağıdakı iştirak formaları nəzərdə tutulur:

    - əyani;

    - distant (onlayn-əlaqə vasitəsilə və ya iştirakçı tərəfindən elektron poçtla öncədən təqdim olunmuş videoyazının nümayişi vasitəsilə).

     

    Çıxışların reqlamenti: 15 dəqiqəyə qədər.

    Simpozium materiallarının nəşr olunması nəzərdə tutulub. Məruzəçilərə iştirakçı sertifikatları təqdim olunacaq.

    MƏRUZƏLƏRİN YAZILMA QAYDALARI

    Müəllif haqqında məlumatda soyad, ad, atasının adı, elmi dərəcə, elmi, fəxri ad, iş yeri və vəzifə, elektron ünvan, əlaqə telefonları göstərilməlidir.

    Məruzənin həcmi 7 səhifədən az olmamalı, formatı A4, şrifti Times New Roman, şriftin ölçüsü — 14 pt, məsafələr yuxarı və aşağıdan — 20 mm, soldan — 30 mm, sağdan 1,5 mm, sətirlərarası interval — 1,5, abzas — 1,5 olmalıdır. Mənbələr mətnin içində kvadrat mötərizədə verilir, məsələn [Ü. Hacıbəyov, 1965, s. 38]. Ədəbiyyat siyahısı əlifba sırasına uyğun tərtib olunmalıdır.

    Məruzələr müəllif redaktəsi ilə çap olunur.

    Simpoziumun işçi dilləri — Azərbaycan, rus, türk və ingilis dilləridir.

    İşçi dillərdən birində məruzə təqdim edən iştirakçı əlavə olaraq digər işçi dillərdə xülasə də hazırlamalıdır. Xülasə 8 – 10 sətir, şrift ölçüsü 10 pt, interval 1 olmalıdır.

    Açar sözlər 8 – 12 sözdən ibarət olmalıdır.

     Təşkilat komitəsi ərizələrin seçilməsi, qoyulan tələblərə cavab verməyən və ya kifayət qədər elmi yeniliyi olmayan materiallardan imtina olunması haqqını özündə saxlayır.

    Ödəniş: 50 azn (30$)

    Məruzəçilərin yol və Bakıda yaşamaq xərcləri göndərən tərəfdən ödənilir.

    Təşkilati məsələlər üzrə müraciətlər:

    Tel.: (+994 12) 597-24-61; (+994 12) 597-47-19

    Mob.: (WhatsApp): (+994 70) 599-91-23; (+994 55) 274-71-21

    e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    BEYNƏLXALQ RƏQS GÜNÜNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ SİMPOZİUMUN İŞTİRAKÇI ƏRİZƏSİ