
21 dekabr 2023-cü il
21 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva növbəti il keçiriləcək Prezident seçkiləri üçün BMA-nı təmsil edəcək tələbələrlə məlumatlandırıcı görüş keçirmişdir.

15-16 dekabr 2023-cü il
2023-cü il 15-16 dekabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan Ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru Mina Hacıyeva Yaradıcı Psixologiya beynəlxalq Simpoziumunda iştirak etmişdir.

23 noyabr 2023-cü il

15 noyabr 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası arasında bağlanan müqavilə əsasında Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri 2023-cü il 13-26 noyabr tarixlərində Bakı Musiqi Akademiyasında elmi-ixtisasartırma dərsləri keçəcəklər.

4 noyabr 2023-cü il
13 oktyabr 2023-cü il tarixindən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələrinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçdikləri elmi-ixtisasartırmaları davam etməkdədir.

31 oktyabr 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası arasında bağlanan müqavilə əsasında Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri 13 oktyabr 2023-cü il tarixindən Bakı Musiqi Akademiyasında elmi-ixtisasartırma keçməkdədirlər.

24 oktyabr 2023-cü il
24 oktyabr 2023-cü il tarixində Zəfər günü ilə əlaqədar Yeni Azərbaycan Partiya Mərkəzi Aparatında qanvermə aksiyası keçirildi.

24 oktyabr 2023-cü il
Heydər Əliyev Mərkəzinin 18 oktyabr tarixində keçirdiyi “Heydər Əliyev və Azərbaycan tarixi” lX Ümumrespublika bilik yarışında 50 komanda arasında Bakı Musiqi Akademiyasının tələbələri 17-ci yeri qazanmışdılar.

11 oktyabr 2023-cü il
11 oktyabr 2023-cü il tarixində Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva BMA-nın Tələbə Gənclər Təşkilatı üçün sədr və müavinləri təyin etmək məqsədilə seçki keçirtmişdir.

7 oktyabr 2023-cü il
Qazax Müəllimlər Seminariyası/ADA Qazax Mərkəzində Təhsil və Mədəniyyətin vəhdəti:Nümunələr və yeni missiya 07 oktyabr 2023-cü il tarixində ADA Universiteti və tərəfdaşları bir müəllimin və bir sahibkarın manifestinə yeni səhifələr əlavə etmək üçün yenidən Qazaxa üz tutdular.

1 oktyabr 2023-cü il
Erasmus Student Network Azerbaijan tərəfindən 2023-cü il 01 oktyabr tarixində Əcnəbi tələbələr üçün Orientasiya Günü keçirilmişdir.

27 sentyabr 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bir qrup müəllimləri - Əməkdar artist Nigar Məlikova, dosentlər Züleyxa Abdulla, Aynur Xəlilova, baş müəllimlər Nigar Həsənova, Afaq Qarayeva, Lalə Muxtarova, Günel Eyvazzadə, müəllimlər Cəmilə Əmirova, Günel Kazımova N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasında ixtisasartırma(onlayn) kurslarında iştirak etmişlər.

27 sentyabr 2023-cü il
27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.

15 sentyabr 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 3 tələbəsi Erasmus+ KA 107 tələbə mübadilə proqramı çərçivəsində Estoniyanın Musiqi və Teatr Akademiyasında 5 ay müddətində təhsil almaq üçün seçilmişlər. Bakı Musiqi Akademiyasının bakalavr pilləsinin tələbələri Gülsarə Bağırova ("Fortepiano” fakültəsi), Türkruh Əhmədli ("İfaçılıq” fakültəsi-nəfəs alətləri) və İbrahim Kazımov ("İfaçılıq”fakültəsi-nəfəs alətləri) Erasmus mübadilə proqramı vasitəsilə təhsillərini Estoniya Musiqi və Teatr Akademiyasında davam etdirməyə başlamışlar.

3 iyul 2023-cü il
3 iyul 2023-cü il tarixində Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi altında “Tədris işləri üzrə” prorektor, Əməkdar müəllim, professor Nərminə Quliyeva tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında keçirilən gənc ifaçıların lV Respublika müsabiqəsindəki fəaliyyətinə görə BMA-nın müəllimləri - Əməkdar artist Nigar Məlikova və baş müəllim Leyla Zeynalovaya təşəkkürnamə təqdim edildi.

3 iyul 2023-cü il
3 iyul tarixində tanınmış Azərbaycan musiqiçisi, alim, Əməkdar incəsənət xadimi, orqan ifaçısı, sənətşünaslıq doktoru, professor, pedaqoq Tahirə Yaqubovanın doğum günüdür.

23 iyun 2023-cü il
Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Almaniyada yaşayan riyaziyyatçı alim, Humboldt mükafatı alan ilk azərbaycanlı, professor Məsud Əfəndiyev 23 iyun 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında qonaq olmuş, BMA-nın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova ilə görüşmüşdür.

30 may 2023-cü il
Dünya şöhrətli vokal ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti, professor Xuraman Qasımova 30 may 2023-cü il tarixində "Mədəniyyət" kanalının "O" verilişində qonaq olmuşdur.

24 may 2023-cü il
24 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Fəlsəfə elmləri doktoru, BMA-nın “Azərbaycan Ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru Mina xanım Hacıyevanın prodüseri olduğu Sosial layihənin “Yaradıcılıq psixologiyası” adlı növbəti tədbiri keçirildi.

10 may 2023-cü il
10 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə onun xatirəsini ehtiramla yad edərək, Heydər Əliyev parkında heykəli önündə gül əklili qoyulmuşdur.
© Copyright 2025 Bakı Musiqi Akademiyası