• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Layihələr

    26 yanvar  2023-cü il

     26 yanvar 2023-cü il tarixində Nəsimi Rayon İcra Hakimiyyətində ümumilli lider "Heydər Əliyev ili" çərçivəsində 02 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirildi.

    Ardını oxu...

    20 yanvar  2023-cü il

     20 Yanvar 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Maestoso” tələbə klubu tərəfindən  online formatda  “Microsoft teams” proqramında 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar- Qanlı gecə”  adlı anım tədbiri keçirildi. 

    Ardını oxu...

    13 yanvar  2023-cü il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 2019-cu ildən etibarən British Council’ın təşkilatçılığı ilə həyata keçirilən  Creative Spark layihəsi uğurla tamamlanmışdır.

    Ardını oxu...

    10 yanvar  2023-cü il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix–nəzəriyyə fakültəsində təhsil alan tələbələrin təşəbbüsü ilə hazırlanan, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor, rektor F.Ş.Bədəlbəylinin yaradıcı fəaliyyətinə həsr olunmuş video-çarxlar.

    Ardını oxu...

    9 yanvar  2023-cü il

    9 yanvar 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  Karyera Mərkəzinin təşəbbüsü və BMA-nın "Təcrübə və məzunlarla iş" şöbəsinin müdiri Anar Seyidovun təşkilatçılığı ilə "Job Türkiyə" xaricdə iş agentliyinin əməkdaşları tərəfindən BMA-nın tələbələriylə görüş keçirildi.

    Ardını oxu...

    23 dekabr 2022-ci il

    23.12.2022-ci il tarixində  Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında “Azərbaycan son 19 ildə” adlı tədbir keçirildi.

    Ardını oxu...

    22 dekabr  2022-ci il

    Fəlsəfə elmləri doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan Ənənəvi Musiqisi və Müasir Texnologiyalar" kafedrasının professoru Mina Hacıyevanın rəhbərliyi altında   2022-ci ildə Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsində  BMA-nın  magistr tələbələri Respublika, Beynəlxalq müsabiqələr laureatı Gülnaz Eldarlı və Könül Mütəllimova  "Musiqidə multikulturalizm", "Azərbaycanda multikulturalizm siyasəti və  az saylı xalqlar" mövzuları üzrə təqdimatla çıxış etmişlər. 

    Ardını oxu...

    19 dekabr 2022-ci il

    19 dekabr 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında keçirilən növbəti ağacəkmə aksiyasına Azərbaycanda təhsil alan əcnəbi tələbələrin iştirakının təşkili çərçivəsində Elm və Təhsil Nazirliyi də qoşulub.

    Ardını oxu...

    16 dekabr 2022-ci il

    16 dekabr 2022-ci il tarixində Xəzər universitində Erasmus+ proqramı ilə bağlı məlumatlandırma günü keçirildi.

    Ardını oxu...

    24 noyabr 2022-ci il

    Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı "Creative Spark" Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beş illik təşəbbüsdür.

    Ardını oxu...

    18 noyabr 2022-ci il

    18 noyabr 2022-ci il tarixində DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutdu.

    Ardını oxu...

    16 noyabr 2022-ci il

    16 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Maestoso" tələbə klubu tərəfindən Microsoft Teams platformasında "Ailə-məişət zorakılığı"  mövzusunda maarifləndirici tədbir keçirildi. 

    Ardını oxu...

    12 noyabr 2022-ci il

    12 noyabr 2022-ci il tarixində  Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" ümumrespublika bilik yarışı keçirildi.

    Ardını oxu...

    11 noyabr 2022-ci il

    1 oktyabr 2022-ci il  tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin,  Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup xarici tələbələrin  Şuşa şəhərinə səfəri təşkil olunmuşdu.

    Ardını oxu...

    4 noyabr 2022-ci il

    Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi-ixtisasartırma keçmişlər.

    Ardını oxu...

    4 noyabr 2022-ci il

    4 noyabr 2022-ci il tarixində Qazaxıstanın Almatı Milli Konservatoriyasının magistr tələbələrinin  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə xor kollektivi ilə birgə çalışmışlar.

    Ardını oxu...

    27 oktyabr 2022-ci il

    Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan, Xalq Artisti Yeganə Axundovanın ifasında “Fikrət Əmirov 100” diski Beynəlxalq Grammy musiqi mükafatının longlistinə daxil olmuşdur.

    Ardını oxu...

    20 oktyabr 2022-ci il

    Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - Kazımzadə Gülnur (tarix-nəzəriyyə fakültəsi)  və  Qadaşov Ceyhun (fortepiano fakültəsi)   2021-2022-ci tədris ilinin  yay-imtahan sessiyasını  yüksək  nəticələrlə başa vurduğuna görə  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İtttifaqı Respublika Komitəsinin adlı təqaüdü ilə təltif edilmişdir. 

    Ardını oxu...

    20 oktyabr 2022-ci il

    20 oktyabr 2022-ci ildə YAP Nəsimi rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər.

    Ardını oxu...

    13 oktyabr 2022-ci il

    13 oktyabr 2022-ci il tarixində  Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının Çağ Universiteti ilə əməkdaşlığı çərçivəsində, “Təcrübə Danışır”ın bu dəfəki spikeri Sosial Elmlər İnstitunun müdiri Prof. Dr. Murat Koç oldu.

    Ardını oxu...