Bakı Musiqi Akademiyası
previous arrowprevious arrow
next arrownext arrow
Shadow
Slider

 

Tarix və müasirlik

 



BMA-nın 100 illiyinə həsr olunur!

Ü.Hacıbəyli adına BMA-nın Orta Ixtisas Musiqi MƏKTƏB-STUDİYASI

E L A N  E D İ R:

Посвящается 100-летию БМА!

Средняя Специальная Музыкальная ШКОЛА-СТУДИЯ БМА-и имени Узеира Гаджибейли

О Б Ъ Я В Л Я Е Т:


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

Elan!


Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti Azərbaycan-Amerika Musiqi Fondu ilə birgə 15 Yanvar, 2021 il tarixində Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan edir.

“MS Teams” və “Cisco Webex” təlimat sessiyaları


"İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu 2021-ci ildə keçiriləcək "Yeni başlanğıc. Yeni baxış. Yeni şəhər" mövzusunda müsabiqə elan edir.

Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.


Creative Spark proqramının tərəfdaş institutlarının tələbələri, məzunları və gənc sahibkarları üçün İngilis dili üzrə vebinarlar silsiləsi başlayır!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


Prezident İlham Əliyevin sərəncamı əsasında 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdir!

Aqil Müzəffər oğlu Qafulovun “Ali təhsil müəssisəsində dirijorların peşə hazırlığının əsas istiqamətləri” pedaqogika elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


Azərbaycan İslam İnkişaf Bankı 2021-2022-ci illər üzrə Təqaüd Proqramı elan etmişdir.

100 illik yubiley tədbirləri çərçivəsində Ü.Hacıbəyli adına BMA-sı bəstəkar AZƏR DADAŞOVUN 75-illiyi ilə əlaqədar "AZƏR DADAŞOVUN əsərlərinin ən yaxşı ifaçısı" V Beynəlxalq Fortepiano Müsabiqəsini elan edir


“MÜXTƏLİF ÖLKƏLƏRİN MUSİQİ ƏDƏBİYYATINI ÖYRƏNİRİK” GƏNC MUSİQİÇİLƏRİN BEYNƏLXALQ MÜSABİQƏSİ.

Nəticələr

INTERNATIONAL COMPETITION OF YOUNG MUSİCİANS “STUDYING OF MUSICAL LITERATURE OF DIFFERENT COUNTRIES”. RESULTS


2021-ci il 1-3 oktyabr tarixlərində Ü.Hacıbəyli adına BMA-nın 100 illik yubileyinə həsr olunan VIII Beynəlxalq Musiqi və Rəqs konqresi keçiriləcəkdir. Konqresin iclasları BMA-da və Bakı Xoreoqrafiya Akademiyasında baş tutacaqdır.

2021-ci il 4-5 noyabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “ŞƏRQ VƏ QƏRB MUSİQİ MƏDƏNİYYƏTLƏRİNİN DİALOQU” mövzusunda beynəlxalq əyani/qiyabi elmi-praktiki konfrans keçirir.


4-5 ноября 2021 г. Бакинская Музыкальная Академия имени Узеира Гаджибейли проводит Международную научно-практическую очно/заочную конференцию «ДИАЛОГ МУЗЫКАЛЬНЫХ КУЛЬТУР ВОСТОКА И ЗАПАДА».

On November 4-5, 2021, the Baku Music Academy named after Uzeyir Hajibeyli is holding the International scientific-practical full-time / correspondence conference "DIALOGUE OF MUSICAL CULTURES OF EAST AND WEST".


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

8 iyul  2021-ci il

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində  “Azərbaycan qədim rəqs havaları”  kitabının təqdimatı keçirilmişdir.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn rejimdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rauf Bəhmənlinin  “Azərbaycan qədim rəqs havaları”  kitabının təqdimatı keçirilmişdir.

Mötəbər qonaqların iştirakı ilə keçirilən təqdimata ev sahibliyi edən elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə bütün qonaqları salamlayaraq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rauf Bəhmənlinin  “Azərbaycan qədim rəqs havaları”  kitabının Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində  dərc olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, tədqiqatçının uzun illər boyunca topladığı folklor nümunələrinin cəmlənərək dərc olunmasını, müəllifin yaradıcı uğuru ilə yanaşı, elmi-tədqiqat laboratoriyamızın və hətta  musiqi mədəniyyətimizin möhtəşəm uğurunun nəticəsi hesab edə bilərik. Zəngin irsə malik olan Azərbaycan folkloru daima araşdırılmalı və yüksək müstəvilərdə təqdim olunmalıdır.

  Çıxış üçün söz verilən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Azərbaycan qədim rəqs havaları”  kitabının işıq üzü görməsində böyük bir zəhmətin, uzun illər  əzimlə aparılmış tədqiqatların bəhrəsinin nəticəsinin olduğunu vurğuladı. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin xalq artisti, professor Fərhad Bədəlbəyli daima milli - mənəvi dəyərlərin, elmin keşiyində dayanmış və dəstəkləmişdir. Bunun nəticəsi olaraq bir çox dəyərli araşdırmalar, tədqiqatlar işıq üzü görmüşdür. O cümlədən Gülnaz Abdullazadə xüsusi olaraq  tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, akademik Rəfael Hüseynova hər zaman göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirdi.

Tədbirdə iştirak edən elm xadimlərini salamlayan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, akademik Rəfael Hüseynov “Azərbaycan qədim rəqs havaları”  kitabının dərc olunmasının Azərbaycanın mədəni və elmi həyatında son dərəcə əlamətdar bir hadisə olmasını bildirdi. Ümumiyyətlə hər zaman yeni kitabın yaranması, ictimaiyyətə təqdim olunması bir bayramdır, yeni-yeni elmi araşdırmalar üçün üfüqlərin açılmasında önəmli hadisədir.  Bu gün  bu tədbirdə iştirak edən insanların elmimizə, mədəniyyətimizə, düşüncə tariximizə əvəzsiz töhfələr verməsi, sədaqətli xidmətləri daima qiymətləndirilməli və önə çıxarılmalıdır. Azərbaycan rəqslərinin araşdırlması, toplanması və dərc olunması böyük bir zəhmət, peşəkarlıq tələb etdiyindən bu yolda Rauf Bəhmənliyə dəstək olan, zəhməti keçən hər bir kəsi alqışlayıram. Təqdim olunan kitab mədəniyyətimiz üçün əvəzsiz töhfədir və erməni plaqiatının qarşısının alınmasında əvəz olunmaz vasitədir.

Daha sonra Ü.Hacıbəyli adına BMA-nın tədris üzrə prorektoru, əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva iştirakçıları salamlayaraq tədbirin önəmliyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham Əliyevin sərəncamına əsasən  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi keçirilir və bütün tədbirlər  yubiley çərçivəsındə qeyd olunur. Təqdim olunan kitabın yubileyimiz üçün əvəzsiz hədiyyə olduğunu qeyd etmək istərdim. Olduqca mürəkkəb tədris ilinin sonunda bu cür möhtəşəm tədbirin keçirilməsi bizim hamımız  üçün uğurlu stimuldur. Mütləq şəkildə bu cür elmi araşdırmalar müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə təqdim olunmalıdır. Belə olduğu təqdirdə yad əllər bizim mədəniyyətimizə uzanmaz və erməni plaqiatına son qoyular.  

 “Azərbaycan qədim rəqs havaları” kitabının etnomusiqişünaslığın  bütün norma və qanunlarına, tələblərinə cavab verdiyini xüsusilə qeyd edən Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova  Rauf  bəyi təbrik edərək, araşdırmanın müxtəlif dillərə tərcümə olunaraq dərc olunmasını təklif etdi.

Təqdimatda iştirak edən Azərbaycan Milli Konservatoriyasının tədris işləri üzrə prorektoru, əməkdar müəllim, sənətşünaslıq namizədi, professor Malik Quliyev, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, bəstəkar  Elnarə Dadaşova, Bakı Xoreoqrafiya Akademiyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elmira Pənahova,  professor, etnoxoreoloq Gürbüz Aktaş (Türkiyə. İzmir şəhəri), “Şərq-Qərb” nəşriyyatının rəhbəri Sevil İsmayılova, Bakı Xoreoqrafiya Akademiyasının “Milli rəqslər “ kafedrasının müdiri,  Azərbaycan Respublikasının əməkdar artisti, xoreoqraf Senan Hüseyinli,  Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti, dosent Malik Mansurov, sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyev, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müəllimi, Azərbaycan Televiziyası və Radiosunun nəzdində “Qaytağı” instrumental ansamblının bədii rəhbəri Ənvər Sadıqov və elmi tədqiqat laboratoriyasının əməkdaşları, “Azərbaycan qədim rəqs havaları” kitabının elmi dəyəri haqqında maraqlı mülahizə və fikirlər bildirərək  Rauf Bəhmənlini təbrik etdilər, yeni-yeni yaradıcılıq uğurları arzu etdilər. 

Sonda bütün iştirakçıları, dəyərli qonaqları, elm xadimlərini salamlayan və dərin minnətdarlığını bildirən Rauf Bəhmənli 38-illik yaradıcı illərinin, axtarışlarının uğurlu bəhrəsi olan “Azərbaycan qədim rəqs havaları” kitabına verilən dəyərə görə çox böyük qurur hissi keçirdiyini söylədi. Ü. Hacıbəyli tərəfindən təməli qoyulmuş ənənənin davam etdirə bilməsinə görə, Azərbaycan xalq rəqslərinin toplanılmasında, öyrənilməsi və dərc olunmasında dəstəyi, zəhməti olan hər bir kəsə minnətdarlığını bildirdi.

 

 

Rzayeva Mehparə

elmi –tədqiqat laboratoriyasının böyük elmi işçisi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı