Həsənova Cəmilə İsmayıl qızı
Professor, sənətşünaslıq üzrə elmlər doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri, 10.09.1961.
Təhsili: 1968-1979 – Bülbül adına orta ixtisas musiqi məktəbi, musiqişünas.
1979-1984 – Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) “Tarix və nəzəriyyə” fakultəsi, musiqişünas, musiqi nəzəri fənlər üzrə müəllim
1993-1998 – Bakı Musiqi Akademiyasının dissertantı.
Pedaqoji fəaliyyəti: 1992-ci ildən Bakı Musiqi Akademiyasında, “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında çalışır, 1994-cü ildən kafedranın müəllimi, baş müəllimi (1999), dosenti (2003), 2008-ci ildən professorudur.
Tədris etdiyi fənlər: “Azərbaycan xalq musiqisinin əsasları”, “Muğam sənəti”, “Tədris metodikası”, “İxtisas”, “Etnomusiqişünaslığa giriş”, “Etnomusiqişünaslığın nəzəri əsasları”.
1999–cü ildən musiqişünasların diplom və buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir; 4 sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyasının elmi rəhbəri olub.
Elmi fəaliyyəti: 1998-ci ildə “Qara Qarayev və Azərbaycan xalq musiqisi (lad-intonasiya və formayaradıcı xüsusiyyətlərin tədqiqi)” mövzusunda sənətşünaslıq namizədlik dissertasiyasını (elmi rəhbər: sənətşünaslıq doktoru, professor Ə.İsazadə) Bakıda müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi almışdır (1999).
2011-ci ildə “Azərbaycan musiqişünaslığında və bəstəkar yaradıcılığında milli ladların təzahür aspektləri” mövzusunda sənətşünaslıq üzrə elmlər doktorluq dissertasiyasını Bakıda müdafiə edərək, sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür (2012).
Monoqrafiya və dərs vəsaitlərinin, yerli və xarici jurnallarda, dövri mətbuat səhifələrində məqalələrin, metodik tövsiyələrin, tədris proqramlarının, internetdə səsli mühazirələrin müəllifidir. Bir sıra kitabların tərtibçisi və elmi redaktorudur. Heydər Əliyev Fondunun nəşri olan “Muğam Ensiklopediyası”nın tərtibçilərindən biridir. “Musiqi dünyası” redaksiyasının internet layihələrinin elmi redaktoru olub.
Tədris ədəbiyyatı:
“Azərbaycan bəstəkarlarının əsərlərində milli ladların təzahürü”. Bakı, 2004.
“Üzeyir Hacıbəylinin yaradıcılığında milli musiqinin nəzəri əsasları”. Bakı, 2009.
“Azərbaycan musiqisinin məqamları”. Bakı, 2012.
“Azərbaycan ladlarının tədrisinə dair müntəxəbat. II hissə”. Bakı, 2015 (həmmüəlliflər T.Seyidov, A.İbrahimova).
“Sevda İbrahimova”. Bakı, 2015.
Tədris olunan fənnlər üzrə proqramlar.