Hacıyeva Lalə Azər qızı
Müəllim
1989-cu ildə 27 avqust Bakı şəhərində anadan olub.
2006-cı ilə Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin musiqişünaslıq ixtisasına qəbul olub. 2010-cu fərqlənmə ilə bitirərək, elə həmin il musiqişünaslıq ixtisasının magistratura pilləsinə daxil olmuşdur. 2012-ci fərqlənmə ilə bitirmiş və doktorantura pilləsinə qəbul olmuşdur.
Hal-hazırda professor Könül Nəsirovanın elmi rəhbərliyi altında “XX əsrin ikinci yarısında Azərbaycanda tarixi musiqişünaslığının inkişaf istiqamətləri” adlı dissertasiyası üzərində çalışır.
Müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir; müxtəlif mövzulu yerli və beynəlxalq konfranslarda çıxışlar edir.
2012-ci ildən BMA-nın “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim vəzifəsində çalışır.