• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Hacıyev Mikayıl Əhməd Cövdət oğlu

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 14.02.1951.

    Təhsil: 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1974-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 

    1980 –cı ildə Rimski Korsakov adına S.Peterburq Dövlət Konservatoriyasının assistent-təkmilləşdirmə kursuna daxil olmuşdur. Orada RSFSR-in xalq artisti B.Qutnikovun sinfində oxumuş və bu konservatoriyanın 1983-cü ildə müvəffəqiyyətlə bitirmişdir.

    Pedaqoji fəaliyyəti: 1981-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına konsertmeyster kimi qəbul olunmuşdur. 1986-cı ildən isə orada müəllim kimi fəaliyyətə başlamışdır. 1996-cı ildə baş müəllim dərəcəsini almışdır və hal-hazırda Bakı Musiqi Akademiyasının kamera ansamblı kafedrasının dosenti kimi fəaliyyətini davam etdirir.

    İfaçılıq fəaliyyəti: 1973-cü ildən 1980-cı ilə kimi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrində ifaçı artist kimi fəaliyyət göstərmişdir.

    1991 ildə dirijor Hacıyev İsmayılla birlikdə “Qədim, müasir və folklor musiqisi kamera orkestrini” yaratmışdır. “İlham” adlı həmin orkestrin musiqi üzrə konsultantı–məsləhətçisi və aranjimançısı olan Azərbaycan xalq artisti BMA-nın professoru A.Rzayevlə birlikdə işləmişdir.

    1993-cü ildə “İlham” orkestri Almaniyada Azərbaycan musiqisi günlərini keçirərək Berlin filarmoniyasında, Bonnda, Nürnberqdə, konsertlər vermişdir. 1995-ci ildə Azərbaycanın Prezidenti Heydər Əliyev cənablarının təklifi və koməyi ilə “İlham”, ABŞ və Kanadada turne keçirərək, Çikaqo, Nyu-York, Vaşinqton, Toronto, Monrealda konsertlər vermişdir. “İlham” 1994-cü ildə Beynəlxalq Vavilon musiqi festivalının qalibi olmuşdur.