• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Əfəndiyev Ayxan Fadlun oğlu

     

    Doktorant, kiçik elmi işçi

    Doğum yeri və tarixi: Azərbaycan,Bakı şəh., 20.03.1989

    Təhsil: 1995-2006 Bül-bül adına orta ixtisas musiqi məktəbi,2006-2010 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Tarix-nəzəriyyə” fakültəsi;fərqlənmə diplomu, 2010-13 Azərbaycan Dövlət Pedogoji Universiteti magistratura (musiqişünaslıq bölməsi), 2015- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası doktorantura(musiqişünaslıq ixtisası üzrə).

    Pedoqoji fəaliyyəti: 2017-ci ildən “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” laboratoriyasında kiçik elmi işçi, 2018-ci ildən Bakı Musiqi Akademiyasında saathesabı müəllimdir.

    Elmi fəaliyyəti: Bir sıra qazet və jurnallarda məqalələri çap olunub(ümumən 12). Ölkədə və ölkədən kənar konfrans və simpoziumlarda çıxış etmişdir.

    Laboratoriyasının elmi işçiləri