Aşumova Afaq Fazil qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarix: Rusiya, Moskva şəh., 03.07.1980.
Təhsil: 1993-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmuş və 1998-ci ildə bitirmişdir, və həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakultəsinə daxil olmuşdur. 2004-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano və orqan sinfinin bakalavr və maqistratura pillələrini, 2007-ci ildə fortepiano ixtisası üzrə assistent-stajorluğu bitirmişdir.
Pedaqoji fəaliyyəti: 2002-2013-cü illərdə BMA-nın «Nəfəs və zərb alətləri» kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır. 2004-cü ildən «Konsertmeyster ustalığı» kafedrasının müəllimi, 2013-cü ildən «Orqan və klavesin» kafedrasının baş müəllimi olmuşdur. 2014-cü ildən dosent vəzifəsini tutur.
Elmi fəaliyyət: 2010-cu ildə «Органная культура в Азербайджане» adlı dissertasiya işini müdafiə edərək, 2011-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.
Bir çox elmi məqalələrin müəllifidir.