Əsədullayev Arif
Professor-məsləhətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 1949-cu il
Təhsil: 1970-1975-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi kafedrasının kamança sinfi:
solist, müşayiətçi, orkestr ifaçısı və müəllim
Pedaqoji fəaliyyəti: 1967-ci ildə ifaçılıqla bərabər pedaqoji fəaliyyətlə də məşğul olur. Belə ki, 5 il “8” və “19 saylı” uşaq musiqi məktəblərində, 25 il Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi texnikomunda, 1997-2016-ci ilə kimi “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında “Muğam” fənni üzrə dərs deyib. 2016-cı ildən Ü.Hacıbəyli adına BMA-da “Ənənəvi musiqi və müasir texnologiyalar” adlı kafedrada professor-məsləhətçi vəzifəsində çalışır.
Elmi fəaliyyəti: Tədris ədəbiyyatı: Azərbaycan instrumental muğamlarını nota salıb. Tədris olunan fənnlər üzrə proqramların, elmi məqalələrin və dərs vəsaitlərinin müəllifidir.