Məmmədova Zümrüd Mövlud qızı
Dosent, xalq artisti
Doğum yeri və tarixi: 1954-cü il 18 apreldə Quba rayonunun II Nügədi ziyalı ailəsində anadan olmuşdur.
Təhsili: Məmmədova Zümrüd Mövlud qızı 1976-cı ildə A. Zeynallı adına musiqi kollecinin “muğam” şöbəsini, 1983-cü ildə İncəsənət Universitetinin “Musiqili-komediya” aktyorluq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Fəaliyyəti və beynəlxalq müsabiqələr: 1978-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmiş, bir çox festivallarda lureat adına və I dərəcəli diploma layiq görülmüşdür. 1972-ci ildə “Turac təranələri” radio olimpiyasının qalibi, 1973 ildə V.L.K.S.M-ə “Lenin” adı verilməsinin 50 illiyi münasibəti ilə keçirilən festivalda I dərəcəli diploma layiq görülmüşdür. M.N.P-də və Moldoviyada keçirilən bir neçə festivalda laureat adını qazanmışdır. Vyetnamda (1982) “Xalqlar dostluğu” medalına, XO-Şİ-MİN şəhərinin fəxri vətəndaşlığına layiq görülmüşdür. Bağdadda (1998) “Babilistan” festivalında böyük uğur qazanmışdır. Azərbaycanın bütün rayon və kəndlərində konsertlərlə çıxış etmişdir. Bir çox xarici ölkələrdə, Yaponiya “Min-On” (İpək Yolu) festivalı-1989, Kanada, Fransa, İsrail, İngiltərə, Norveç, İsveç, Hindistan, Qırğızıstan, Almaniya, Hollandiya, Belçika, İtaliya, Şri-Lanka, Əfqanıstan, Əlcəzair (20 Ərəb, 15 Afrika ölkəsi) və s. möhtəşəm dünya səhnələrində Azərbaycan musiqisini və muğamlarımızı təbliğ etmişdir. Azərbaycan bayrağını ucaltmışdır.
Fəxri adları: 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən”əməkdar artist”, 2003-cü ildə “xalq artisti” fəxri adlarına layiq görülmüşdür. Cənab İlham Əliyev tərəfindən fərdi təqaüdlə mükafatlandırılmışdır (2006).
Pedaqoji təcürbə və iş yerləri: 1990-cı ildən başlayaraq bu günə kimi Müdafiə Nazirliyinin “Nümunəvi nəfəs alətləri” orkestrinin solistidir. İşində qüsursuz xidmətinə görə 10 ilin və 15 ilin tamamında medallarla təltif olunmuşdur.
2000-ci ildən etibarən Mədəniyyət və İncəsənət Universitetinin dosenti olmuşdur və uzun illər burada pedaqoji fəaliyyətlə məşğul olmuş neçə-neçə gənc muğam ifaçıları nəsli yetişdirmişdir. Həmçinin 2000-ci ildən etibarən Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında müəllim vəzifəsində çalışmaqdadır. Məmmədova Zümrüd Mövlud qızı işlədiyi müddətdə özünü peşəkar və tələbkar müəllim kimi göstərmişdir. Həmçinin 2014-cü ildən etibarən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasında baş elmi işçi vəzifəsində fəaliyyət göstərir. 2017-ci ildən “Mədəni Əlaqələrin İnkişafına Dəstək” ictimai birliyinin təsisçi və sədr müavinidir.
Elmi fəaliyyəti: “Mədəniyyət dünyası- XIX” jurnalı “Milli musiqi mədəniyyətimizin inkişafında muğam məclislərinin rolu” məqalə səh.175,
Mədəni Həyat jurnalı 2*2012 “Arif Babayev və Azərbaycan muğam sənəti” məqalə səh.32,
Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri VIII Respublika elmi-praktiki konfransı-2009 “Xalq mahnılarında patriotik motivlər” səh 28.,
Mədəni Həyat jurnalı 1*2012 “H.Hüseynovun muğam sənətinin inkişafı və təbliğində rolu” məqalə səh. 4,
“Azərbaycan musiqi mədəniyyətinin inkişafında muğam məclislərinin rolu” metodik tövsiyə Bakı-2008,
“Xanəndə Yaradıcılığında mahnı janrının əhəmiyyəti” metodik tövsiyə Bakı-2010,
“Muğam sənətində ifaçılıq ənənələri” dərs vəsaiti Bakı-Mütərcim-2017,
“ECSAC-2018”(Kipr) elmi-praktiki konfrans 12-14 oktyabr 2018
“IV Uluslararası Müzik ve Dans Kongresi”(Bodrum) elmi-praktiki konfrans 16-18 oktyabr 2018
XII Uluslararası Müzik ve Dans Kongresi (Doha) elmi-praktiki konfrans 2025