• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Nəzərov İlham İslam oğlu

    “Solo oxuma və opera hazırlığı” kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü

    Doğum yeri və tarixi: Azərbaycan, Şirvan şəhəri. 05.10.1985.

    Təhsil: 2003-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini vokal ifaçılığı üzrə bitirmiş və  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuşdur. 2010-cu ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirərək təhsilini İtaliyanın məşhur  Ozimo İncəsənət Akademiyasında (Accademia D'arte lirica Osimo) davam etdirmişdir. V. de Vivo, R.Kabaivanskaya, U.Mateuzzi, A.Simoni kimi dünya şöhrətli vokal ifaçılarından dərs almışdır. Eyni zamanda Avropanın bir sıra ölkələrində təşkil edilən ustad dərslərində də iştirak etmişdir.

    Uğurları: Azərbaycan musiqi mədəniyyəti tarixinə ilk kontratenor səs tembrinə malik opera müğənnisi kimi daxil olmuşdur. Eyni zamanda bir neçə səs tembri ilə Azərbaycan və dünya opera səhnələrində ən çox obraz (49) yaradan və 5 oktava həcmində səs diapazonuna malik azərbaycanlı vokal ifaçısıdır. Dünyanın müxtəlif ölkələrində keçirilən opera tamaşaları, o cümlədən Barokko festivallarının iştirakçısıdır. Həmçinin onlarla nüfuzlu beynəlxalq vokal müsabiqələrinin qalibidir. Onlardan 2017-ci ildə Amerikada vokal müəllimləri arasında təşkil olunan  “İnternational Vocal Coach Competition” adlı beynəlxalq müsabiqədə birinci yerə layiq görülməsini, 2019-cu ildə Fransada keçirilən “Best F.Schubert İnterpreter” yarışmasında qalib olmasını və onlarla digərlərini vurğulamaq mümkündür.

    M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı və “ÜNS Yaradıcılıq Səhnəsi” nin solistidir. 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülmüşdür.

     2020-ci ildə F.Şubertin “Qu quşunun nəğməsi” adlı vokal silsiləsindən ibarət “İnspiration” adlı ilk CD albomu işıq üzü görmüşdür. 2020-ci ildə həmçinin ifaçının həyat və yaradıcılığı haqqında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar İncəsənət xadimi Gülnaz Abdullazadənin tərtib etdiyi “İlham Nəzərov: sərhədsiz səs...” adlı kitab nəşr olunmuşdur.

    Pedaqoji fəaliyyəti: 2008-ci ildən  pedaqoji fəaliyyətə başlamış, onlarla respublika və beynəlxalq müsabiqə lauretlarını  hazırlamışdır. Həmçinin bir sıra beynəlxalq müsabiqələrdə münsif heyəti kimi də iştirak etmişdir.

    2018-ci ildən Bakı Musiqi Akademiyasında müəllim vəzifəsində çalışır. 2020-ci ildən baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir.

    Elmi fəaliyyəti:  20-dən çox  elmi məqalə və iki dərs proqramının müəllifidir. Məqalələri “Konservatoriya”, “Mədəniyyət/Culture”, “Sənət akademiyası”,  “Mədəniyyət dünyası”, “Музыка и время”  və s. kimi Azərbaycan, Rusiya və Ukraynanın aparıcı elmi jurnallarında dərc olunur. Qeyd edək ki, eyni zamanda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantıdır.

     

    İ.Nəzərovun müəllifi olduğu elmi işlər:

    1.Vokal.Uşaq Musiqi Məktəbləri üçün proqram.B.:2015, 29 s.

    Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Elmi-Metodiki qrupunun iclasında müzakirə edilmiş və 5 may 2014-cü il tarixli 3 saylı protokoluna əsasən çapa tövsiyyə olunmuşdur.

    2.Estrada sənəti fənni üzrə proqram. Bakalavr pilləsində təhsil alan tələbələr üçün B.:2019, 36 s.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi Şurasının 30 yanvar 2019-cu il tarixli iclasının qərarı ilə (pr. №05) çapa tövsiyyə edilmişdir.

     

    İ.Nəzərovun iştirak etdiyi konfrans və müəllifi olduğu məqalələr:

     

    1. Nəzərov İ. Kontrtenor: Tanrının bəxş etdiyi qeyri-adi səs tembri // “Mədəniyyət.az”, (Noyabr-Dekabr) (316), Bakı, 2017, s.73-75.
    2. Nəzərov İ. "Koroğlu" operasında Bülbülün ifaçılıq üslubuna dair// “Konservatoriya”, №2(40), 2018, s.106-110.
    3. Nəzərov İ. Müslüm Maqomayev yaradıcılığında mahnı janrının əhəmiyyəti//Doktoranların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının materialları, Bakı, 2018, s.507-509.
    4. Nəzərov İ. Müslüm Maqomayevin aktyorluq fəaliyyəti və rol üzərində yaradıcılıq prosesinin strukturu// “Mədəniyyət dünyası” XXXVII, Bakı, 2019, s.88-94.
    5. Nəzərov İ. Müslüm Maqomayev adına Vokalçıların Beynəlxalq müsabiqəsinin gənc ifaçıların yaradıcılığına təsiri// “Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri jurnalı”, ADPU, № 2 (7), Bakı, 2019, s.60-71.
    6. Nəzərov, İ. Azərbaycan klassik ve estrada vokal ifaçılığının inkişafına qısa nəzər// “Mədəniyyət.az” (İyul-Avqust) (326), Bakı, 2019, s.52-55.

     

    1. Nəzərov İ. Müslüm Maqomayevġn ifasında Fiqaronun kavatinasının vokal və akustik təhlili// “Konservatoriya”, №2 (44), Bakı, 2019, s.30-37.
    2. Назаров И. Созданный М.Магомаевым образ Фигаро из оперы Дж.Россини “Севильский цирюльник” в истории Азербайджанского государственного Академического Театра Оперы и Балета им. М.Ф.Ахундова//Международная конференция “Искусство глазами молодых”, Красноярск, 2019, c.15-17.
    3. Nəzərov İ. Müğənni M.Maqomayevin bir bəstəkar kimi estrada musiqisində rolu// Müasir Azərbaycan bəstəkarı və zaman. Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları, Bakı, 2019, s.142-147.
    4. Nəzərov İ. Müslüm Maqomayevin mahnılarında Azərbaycan zirvəsi// “Qobustan”, 3, Bakı, 2019, s.40-42
    5. Nəzərov İ. M.Maqomayevin yaradıcılığında Ü.Hacıbəyli və Q.Qarayev musiqisi//Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri adlı XVIII Beynəlxalq elmi-praktiki konfransın materialları, Bakı, 2019, s.62-65.
    6. Назаров И. Особенности интерпретации романсов У.Гаджибейли в исполнении Муслима Магомаева// “Музыка и время” (2), Москва, 2020, c.23-29.
    7. Müslüm Maqomayevin səhnə fəaliyyətində canlandırdığı obrazlara qısa baxış// “Axtarışlar”, №1 (35), Naxçıvan, 2020, s.169-174.
    8. Nəzərov İ. Müslüm Maqomayevin vokal ifaçılıq üslubunun səciyyəvi elementləri// “Konservatoriya”, № 1-2 (47), 2020, s.107-115.