Səfərəliyeva Fəxriyyə Ayaz qızı
Müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Şuşa şəh., 26.06.1986.
Təhsil: 2002-2006 – A.Zeynallı adına Bakı musiqi texnikumunun fortepiano şöbəsi;
2006-2010 – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”.
İxtisas: etnomusiqişünas (bakalavr)
2010-2012 - Azərbaycan Milli Konservatoriyasında magistraturanı bitirmişdir.
Hazırda Azərbaycan Milli Konsevatoriyasında doktorantdır. Sənətşünaslıq üzrə elmlər doktoru, xalq artisti, professor Ramiz Zöhrabovun rəhbərliyi ilə “Kiçik həcmli muğamların tədqiqi (lad-məqam və melodik xüsusiyyətləri)” adlı dissertasiya üzərində çalışır.
Pedaqoji fəaliyyəti: 2012-ci ildən bu günə qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnalogiyalar” kafedrasının müəllimi
Elmi fəaliyyəti: Məqalələr çap etdirir və müxtəlif mövzulu konfranslarda çıxış edir.