Zöhrabova Leyla Ramiz qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 02.03.1984cü il.
Təhsil: 1991-2002 – Bülbül adına orta ixtisas musiqi məktəbinin nəzəriyyə şöbəsi; fərqlənmə diplomu
2002-2006 - Ü. Hacıbəyov adına ADK-nın tarix-nəzəriyyə fakültəsi. İxtisas: musiqişünas, fərqlənmə diplomu
2006-2008 - AMK-nın tarix-nəzəriyyə fakültəsi. İxtisas: musiqişünas, lektor; Fərqlənmə diplomu
2008-2010 – BMA-nın doktoranturası.
Pedaqoji fəaliyyəti: 2006-cı ildən Heydər Əliyev adına müasir Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən 39 saylı musiqi məktəbinin nəzəri fənlər üzrə müəllimi, 2008-ci ildən isə BMA-nın “Azərbaycan xalq musiqisinin tarix və nəzəriyyə”si kafedrasında müəllimi, 2011-ci ildən baş müəllimi, 2013-cü ildən BMA-nın dosenti, 2015 –ci ildən dosentidir.
2014-cü ildən musiqişünasların diplom və buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir; 3 magistr dissertasiyasına, 3 buraxılış işlərinə rəhbərlik edib. 2012-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Elmi fəaliyyəti: “Azərbaycan xalq rəqslərinin melodik xüsusiyyətlərinin tədqiqi” adlı fəlsəfə doktorluq dissertasiyasını (elmi rəhbər: sənətşünaslıq üzrə elmlər doktoru, professor R.Zöhrabov) 2010-cu ildə müdafiə edib.
Müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir; Ü.Hacıbəyli adına BMA-da və Bəstəkarlar İttifaqında müxtəlif mövzulu konfranslarda çıxış edir.
Tədris ədəbiyyatı: “Azərbaycan xalq rəqslərinin lad-məqam xüsusiyyətləri” ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti. B., Mars-Print, 2012.
“Faiq Sücəddinov” (brosür) “Şərq-Qərb” nəşriyyat evi, 2015.
Azərbaycan ladlarının tədrisinə dair müntəxəbat (həmmüəlliflər: Tərlan Seyidov, Aytən İbrahimova)
Tədris olunan fənnlər üzrə proqramlar.