• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Əhmədova Mehriban Fikrət qızı

    Kafedranın professoru,  Əməkdar incəsənət xadimi

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri, 24.02.1963

    Təhsil: 1970-81 Bül-Bül adına orta ixtisas musiqi məktəbi: 1981-86 Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası “Bəstəkarlıq” (professor C.Hacıyevin sinfi) İxtisas:bəstəkar musiqişünas. 1996-2000-ci ildən “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının dissertantı.

    Pedaqoji fəaliyyəti: 1990-cı ildən bu günə qədər Ü.Hacıbəyov adına ADK-nın “Ənənəvi musiqi və müasir texnologiyalar kafedrasının müəllimi, baş müəllimi (1995), dosenti (2002), 2013-cü ildən kafedranın professorudur.
    1994-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
    2011-Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi.

    Elmi fəaliyyəti: “Azərbaycan bəstəkarlarının uşaq mahnılarının milli kökləri” adlı sənətşünaslıq dissertasiyasını 2002-ci ildə Bakıda müdafiə edib. Müxtəlif toplularda, elmi-tədqiqat jurnallarında və kitablarda məqalələr. Bir sira konfranslardada iştirak etmişdir.
    Əsərləri; “Vətənimin səhəri”-hoboy və piano üçün pyes (2001), “Bahar ovqatı” kompoziyası- estarada-simfonik orkestri üçün (2002), “Röya” və “Noktyurn”-kamera orkestri üçün iki prelüd (2004), Simfonik süita (2006), Fortepiano üçün “Düşüncələr “ caz pyesi (2002), “Qizlar bulağı” süitası (2005), “Bahar nəğməsi”, “Vətənim”, “Ana”, “Vətən üçün” tar və fortepiano üçün mahnilar (2002), “Şöhrət tacısan “ mahnı (2006), “Bakı bulvarı” (2011). Uşaq mahnıları (2002-2012).

    Nəşrlər