• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 may 2026-cı il 

    6–21 may 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində XX Pera Beynəlxalq Piano Festivalı keçirilir.

    Festivalda Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiri, professor Ceyhun Allahverdiyev fortepiano əsərlərindən ibarət solo konsert proqramı və master-klass ilə çıxış etmiş, eyni zamanda festival daxilində müsabiqənin münsiflər heyətinin üzvü kimi iştirak etmişdir.

    ​8 may tarixində baş tutan solo konsertdə Ceyhun Allahverdiyev müəllifi olduğu "Tac Mahal" baletindən "Vida adajiosu", sonata, 3 tablo — "Sevəcəm", "Dəniz və səma", "Əbədi sevgi" əsərləri ilə yanaşı Arif Məlikov, Adnan Sayqun və Ülvi Cemal Erkinin yaradıcılığına müraciət edib. Konsert proqramı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

    ​Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya və digər ölkələrin musiqiçiləri iştirak ediblər.