• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

İfaçılıq fakültəsi

Humanitar elmlər kafedrası. Tarix

 

 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dillər kafedrası 1963-cü ildə yaradılmışdır.

Amma burada Azərbaycan, rus, alman, ingilis və italyan dilləri o vaxta qədər də tədris olunmuşdur. Həmin illərdə kafedrada dərs deyən müəllimlərdən Azərbaycan dilini D.Quliyevanın, rus dilini A.Ostaşkinanın, alman dilini T.A.Paatovun, ingilis və alman dillərini tədris edən S.X.Aşurbəylinin adlarını çəkmək olar. Kafedranın yaranması bu fənnlərin tədrisini daha da yaxşılaşdırmışdır.

1970-ci ildən kafedraya filologiya elmləri doktoru, professor A.S.Məmmədov rəhbərlik etmişdir. Təqribən həmin illərdən kafedrada musiqi nəzəriyyəsi fakültəsinin tələbələri üçün fars dili fənni tədris edilməyə başlanmışdır. Bu dövrdə kafedranın müəllimlərdən öz pedaqoji və elmi-tədqiqat işlərinə görə fərqlənənlər sırasında alman dili müəllimi Q.A.Lagernaya, Azərbaycan dili müəllimi S.X.Bağırlı, ingilis dili müəllimi V.B.Ələsgərova, rus dili müəllimi N.L.Buskivadze və başqalarının adlarını çəkmək olar.

Sonrakı illərdə kafedraya Ş.Məcidov rəhbərlik etmişdir.

Ardını oxu...



Müəllimlər siyahısı

Quliyev Tərlan Aslan oğlu

Kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor

Kərimbəyova Adilə Balabəy qızı

Professor, tarix elmləri namizədi

Cavadova Mehriban Osman qızı

Dosent

Cəfərova Natavan

Baş müəllim

Məmmədova Violetta Beydulla qızı

Dosent

Rzayeva Naibə Eldar qızı

Dosent, filologiya üzrə fəlsəfə doktoru

Salamova Nərminə Ağa Məlik qızı

Dosent

Abasbəyli Rəhilə Xanlar qızı

Baş müəllim

Bəşirova Kamilla Rauf qızı

Baş müəllim

İsmayılov Nazim İsrafil oğlu

Dosent

Səfərova Xavər İbiş qızı

Baş müəllim