• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Allahverdiyev Ceyhun Kərim oğlu

    Professor, Əməkdar incəsənət xadimi

    Doğum yeri və tarixi:   1972-ci ildə Bakı şəhərində anadan olub.

     

    Təhsil:

    1990- 1995  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası; professor Arif  Məlikovun sinfi.

    1992-1997 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” ixtisası; professor Elmira Əliyevanın sinfi.

    1998- ci ildə   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası üzrə aspirantura; professor Arif  Məlikovun sinfi.

     

    Pedaqoji fəaliyyəti:

    1998-cü ildən bu günə qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının müəllim vəzifəsində çalışır. Hal-hazırda bəstəkarlıq kafedrasının professorudur.

     

    Yaradıcılıq fəaliyyəti:

    Ölkəmizdə və xarici ölkələrdə keçirilən müsabiqələrin və festivalların laureatı və  qalibidir, bir çox əsərləri yerli və xarici orkestrlərlə ifa olunmuşdur.

    Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür (1998).

    Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimidir (2011).

     

    Əsərləri:

    3 simfoniya, fortepiano və simfonik orkestr üçün “Konsert”, “Səhifələr” simfonik poemasının, xor və simfonik orkestr üçün “Əbədi sevgimsən” kantatası, səs və simfonik orkestr üçün 4 romans, kamera orkestri üçün “Misri”, xalq çalğı alətləri orkestri üçün “Oğuznamə” poeması, simli kvartet, violino və fortepiano üçün sonata, fortepiano üçün sonata, fortepiano üçün “Təmas” fantaziya, fortepiano və kamera orkestri üçün “Sevəcəm”, “Dəniz və Səma” lövhələri, mahnılar və s.