• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədli Sevda Məhərrəm qızı

    Baş müəllim

    Doğum yeri:    Azərbaycan, Bakı şəh.

    Təhsili:   1987-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinə (dosent F.Hacıyeva və Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə Elmlər doktoru, professor T.Seyidovun sinfi) daxil olmuş, 1992-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

    Oxuduğu müddət ərzində görkəmli bəstəkar Leonid Vaynşteyndən bəstəkarlıq dərsləri də almışdır.

    Pedaqoji fəaliyyəti:   Konservatoriyanı bitirdiyi ildən etibarən (1992) həmin ali məktəbdə konsertmeyster kimi əmək fəaliyyətinə başlamış, 2003-ci ildən İxtisas fortepiano kafedrasına müəllim, 2009-cu ildən isə baş müəllim vəzifəsinə təyin olunmuşdur.

    Elmi və ifaçiliq fəaliyyəti:   Pedaqoji fəaliyyətlə yanaşı, bəstəkarlıqla da məşğuldur. 200-dək mahnının, instrumental əsərlərin müəllifidir.

    Bir sıra tamaşa və teleseriallara musiqinin, habelə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən səhnələşdirilmiş “Dahi” əsərinə musiqili kompozisiyanın, görkəmli dramaturq İlyas Əfəndiyevin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən səhnələşdirilmiş “Sən həmişə mənimləsən” tamaşasına musiqinin, “Bir kəndin sevinci” teleserialının musiqisinin müəllifidir. Mahnılardan, “Yaşayır Heydər Ata!” (bu əsər 2005-ci ildən etibarən Novosibirsk şəhəri Heydər Əliyev adına Forumun himnidir), “Elin Mehriban qızı”, “Ata”, “Yanır ürəyim”, “Demirəm”, “Azərbaycanım” və s. misal göstərmək olar. Sevda Məmmədli bir pianoçu kimi fəaliyyətdədir.

    8 aprel 2005-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində bəstəkarın yaradıcılıq gecəsi keçirilmişdir. Bir sıra mükafatlarla (“Zirvə” mükafatı – 2000, “İlin qadın bəstəkarı” – 2001 və s.) təltif olunmuşdur. 2008-ci ildə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı gecələri” estrada mahnı müsabiqəsinin “Ən yaxşı bəstəkar” nominasiyası üzrə qalibi olmuşdur. Dissertantdir, “Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq mahnılarından istifadə məsələləri (XX əsrin I yarısı)’’ adlı elmi işi var. Bir sıra elmi məqalə və tezisləri mətbuatda çap olunmuşdur.