• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Hüseynova Könül Qabil qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 08.01.1981

    Təhsili:

    Hüseynova Könül Qabil qızı 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsini bitirmişdir.

    1996-1998-ci illərdə N.Əliverdibəyov adına pianoçuların ümumşəhər müsabiqələrində diplomant, “Azərbaycan musiqisi” festivalında laureat adına layiq görülmüşdür.

    1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinə, professor Y.Sabayevin sinfinə daxil olub.

    2002-ci ildə həmin təhsil ocağının bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

    Pedaqoji fəaliyyəti:

    K.Q.Hüseynova 2004-cü ildən Bakı Musiqi Akademiyasının “Konsertmeystr ustalığı” kafedrasında müəllim, 2008-ci ildən baş müəllim, 2010-cu ildən isə dosent s.n. vəzifəsində çalışır.

    Elmi fəaliyyəti:

    15 elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.  O, 2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş Elmi məqalələr müsabiqəsində diploma layiq görülmüş.

    Onun “Musiqimizin Fərhadı” adlı monoqrafiyası 2008-ci ildə Kitab Nominasiyasıüzrə “Humay” Milli Mükafatına layiq görülmüşdür.