• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Nəzərov İlham İslam oğlu

    Müəllim, Əməkdar artist

    Azərbaycan Respublikasının ilk və yeganə kontrtenor səs tembri ilə ifa edən Opera müğənnisi.

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 05.10.1985.

    Təhsil: 2003-cü ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbinin vokal fakultəsini bitirmiş, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına vokal fakultasinə daxil olmuşdur . 2007 ci ildə bokalavr dərəcəsinə yiyələnərək akademiyanı bitirmiş və vokal fakultasinin magistraturasına daxil olmuşdur. 2007 -2008- ci illərdə Heydər Əliyev adına Ali hərbi məktəbin orkestrnda hərbi xidmət keçmiş, 2010- cu ildə isə Magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.

    Uğurları: 2015-ci ildə Almaniyanın Berlin şəhərində keçirilən Barokko ifaçılarının beynəlxalq müsabiqəsinin qalibi, 2016- cı ildə Rusiyanın Moskva şəhərində keçirilən Vokalçıların Müslüm Maqomayev adına beynəlxalq müsabiqəsinin qalibi, Rusiyanın Moskva şəhərində keçirilən "Böyük Opera" beynəlxalq müsabiqəsinin finalisti , 2017-ci ildə Amerikada keçirilən vokal müəllimlərinin beynəlxalq müsabiqəsinin qalibi, 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilən estrada müğənnilərinin beynəlxalq müsabiqəsinin laureatı, 2018 -ci ildə Amerikada keçirilən musiqiçilərin Cövdət Hacıyev adına beynəlxalq müsabiqənin Gran pri mükafatının qalibi.

    Pedaqoji fəaliyyəti: Hal-hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı və "Opera ifaçılığı" kafedrasının müəllimidir.