Bakı Musiqi Akademiyası
previous arrowprevious arrow
next arrownext arrow
Shadow
Slider

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

“MS Teams” və “Cisco Webex” təlimat sessiyaları


Koreya Respublikası Təhsil Nazirliyi yanında Beynəlxalq Təhsil üzrə Milli İnstitutu (BTMİ) 2022-ci il üçün xarici tələbələrə bakalavr pilləsi üzrə “Global Koreya Təqaüd Proqramı”nı elan etmişdir.

Elan!

Müəllim və tələbələrin nəzərinə!


Azərbaycan İslam İnkişaf Bankı 2021-2022-ci illər üzrə Təqaüd Proqramı elan etmişdir.

100 illik yubiley tədbirləri çərçivəsində Ü.Hacıbəyli adına BMA-sı bəstəkar AZƏR DADAŞOVUN 75-illiyi ilə əlaqədar "AZƏR DADAŞOVUN əsərlərinin ən yaxşı ifaçısı" V Beynəlxalq Fortepiano Müsabiqəsini elan edir


Violin ifaçılarının nəzərinə!

2021-ci il 4-5 noyabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “ŞƏRQ VƏ QƏRB MUSİQİ MƏDƏNİYYƏTLƏRİNİN DİALOQU” mövzusunda beynəlxalq əyani/qiyabi elmi-praktiki konfrans keçirir.


4-5 ноября 2021 г. Бакинская Музыкальная Академия имени Узеира Гаджибейли проводит Международную научно-практическую очно/заочную конференцию «ДИАЛОГ МУЗЫКАЛЬНЫХ КУЛЬТУР ВОСТОКА И ЗАПАДА».

On November 4-5, 2021, the Baku Music Academy named after Uzeyir Hajibeyli is holding the International scientific-practical full-time / correspondence conference "DIALOGUE OF MUSICAL CULTURES OF EAST AND WEST".


Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi “Vətən savaşında tarixi zəfər” mövzusuna həsr olunmuş sərbəst yazı işi müsabiqəsi elan edir!

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100-illiyinə həsr olunur

KONSERT


Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi “Videoçarxların yarışı” müsabiqəsini elan edir!

Leyla Ramiz qızı Zöhrabovanın “Azərbaycan xalq mahnılarının tədqiqi məsələləri” adlı elmlər doktorluq dissertasiyasının müdafiəsi


Ü.Hacıbəyli ad. BMA-nın yaradılmasının 100 illiyinə həsr olunmuş konsertlərlə bağlı 7-17 oktyabr tarixlərində tələbələr arasında kasting elan olunur! Ətraflı məlumat üçün (050) 209 98 97 telefon nömrəsi ilə əlaqə yarada bilərsiniz!

"JAZZERY VOİCES" silsiləsi çərçivəsində İrina Ebralidzenin iştirakilə ustad-dərsi (Gürcüstan) 1 noyabr 2021-ci il tarixində saat 13:00-da BMA-nın Q.Qarayev adına Konfrans salonunda keçiriləcəkdir.


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

16 sentyabr  2021-ci il

Sentyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər  Əliyev  və  Azərbaycan  dövlətçiliyi  şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.

18 sentyabr Milli Musiqi gününə həsr edilən “Heydər Əliyev və musiqi mədəniyyəti” adlı lektoriyada Heydər Əliyev Fondunun nümayəndəsi, AMEA-nın elmi-tədqiqat institutlarının əməkdaşları, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, xalq artistləri, əməkdar artistlər, KİV nümayəndələri və digər mötəbər qonaqlar iştirak ediblər.

AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxışında, professional musiqi sənətinin, qədim köklərə dayanan milli musiqimizin gözəl bilicisi olan Azərbaycan xalqının ümummilli lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafı və beynəlxalq aləmdə tanınması istiqamətində gördüyü işlərdən, musiqişünasların fəaliyyətinin hər zaman yüksək qiymətləndirilməsindən, incəsənətimizin zirvələri fəth etməsi işində əvəzsiz xidmətlərindən danışıb. “Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Məhz Heydər Əliyevin qayğısı nəticəsində görkəmli bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Rəşid Behbudova “Sosialist Əməyi Qəhrəmanı” fəxri adları verilmişdir. Bu mövzuda lektoriyanın keçirilməsi təsadüfi deyil. Belə ki, Üzeyir Hacıbəyli sənətinin böyük vurğunu olan ulu öndər Heydər Əliyev tərəfindən əbədiləşən, dahi bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi də, məhz bu sahədə görülən işlərin davamı idi”- deyə professor Məmməd Əliyev qeyd edib.

Baş direktor nəzərə çatdırıb ki, rəhbərlik etdiyi kitabxanada ömrünü xalqına həsr etmiş dahi lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərini geniş aspektlərdən təhlil edən, həmçinin mədəniyyət və incəsənət sahəsindəki gördüyü əməli işlərindən bəhs edən dəyərli nəşrlər yer almaqdadır.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Zaur Əliyev vurğulayıb ki, dahi lider Heydər Əliyevin qayğısı sayəsində yüksək sənət zirvələri fəth etmiş Azərbaycan milli musiqisi bu gün ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Qeyd olunub ki, Azərbaycanın Birinci vitse prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında ulu öndərin adını nəcib və xeyirxah əməlləri ilə əbədiləşdirən Heydər Əliyev Fondu cəmiyyətimizin bütün sahələrində müxtəlif layihələr həyata keçirərək Azərbaycanın inkişafına öz layiqli töhfələrini verir.

“İşğaldan azad edilmiş, Qarabağın mirvarisi sayılan Şuşa şəhərində mədəniyyət abidələrinin bərpası və yenidən qurulması, “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyanın, "Xarıbülbül" beynəlxalq musiqi festivalının keçirilməsi birbaşa Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən icra edildi. 29 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi”- deyə Fondun nümayəndəsi qeyd edib.

Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Ülviyyə İmanovanın  mövzu ətrafında geniş məruzəsi dinlənilib. Alim ulu öndərlə bağlı xatirələrini bölüşərək, mədəniyyəti xalqın böyük sərvəti hesab edən dahi liderin Respublikaya rəhbərlik etdiyi dövrlərdə ölkəmizin bütün sahələrində olduğu kimi Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə diqqətlə yanaşdığını qeyd edib.

Tədbirin bədii hissəsində xalq artisti Gülnaz İsmayılovanın ifasında Asəf Zeynallının “Ölkəm” romansı, əməkdar artist Səidə Şərifəliyevanın ifasında Elza İbrahimovanın “Daha məndə dözüm yox”, Ü.Hacıbəylinin “Sənsiz” mahnısı və digər vokalçılardan maraqlı kompozisiyalar dinlənilib.

Sonda tədbir iştirakçıları sərgiyə baxış keçiriblər. Sərgidə dahi lider Heydər Əliyevin milli musiqimizdə, həmçinin Azərbaycan Mədəniyyəti Dostları Fondunun və YUNESKO-nun "Muğam dəstgahları" layihəsi çərçivəsində görülən işlərdən, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın mədəni irsinin qorunması, bütün dünyada daha geniş və ən yüksək səviyyədə təbliğindən bəhs edən dəyərli nəşrlər nümayiş olunub. Nəşrlər sırasında “Qarabağ xanəndələri” musiqi albomu, “Üzeyir Hacıbəyli Ensiklopediyası”, “Beynəlxalq Muğam festivalı: Space of Mugham” musiqi albomu, Али-заде Ф.А. “Триумфальные пересечения Востока и Запада”, həmçinin Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətinə həsr olunmuş “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” adlı kitabları da yer alıb.

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı