Felzer Oleq Yefimoviç
(4 noyabr 1939 Bakı – 1998 ABŞ)
Bəstəkar, musiqişünas
1961 – ci ildə Azərbaycan Politexnik institunu, 1966 – cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasını Cövdət Hacıyevin sinfi üzrə bitirib.
1971 – 1972 – ci illərdə R.Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında təhsilini davam etdirib (B.A.Arapov rəhbərliyi ilə)
1968 – ci ildən ADK – nın nəzəriyyə kafedrasında çalışıb
1968 – ci ildən Bəstəkarlar İttifaqının üzvü olub
1990 – cı illərdə ABŞ – a köçüb
1998 – ci ildə vəfat edib
Əsərləri: “Şostakoviç xatirəsinə” (1977), Süita (1977), Kamera orkestr üçün simfoniya (1966); viola, fortepiano və simfonik orkestr üçün “Dialoq” (1970), Simli kvartet (1968), fleyta və fortepiano üçün “İki pastoral” (1979), Fortepiano üçün Sonatina (1963), Ipolifonik süita (1965), Sonata (1974), Pyeslər və etüdlər (1961-1981), orqan üçün – “Sonata–partita” (1976), skripka üçün Sonata (1978), viola üçün Sonata (1986), arfa üçün sonata (1985) və s.