• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Kərimov Kamal Həmid oğlu

    (20.02.1925, Bakı - 03.02.1995, Bakı)

    Müğənni, pedaqoq, professor (1977). Azərbaycanın Əməkdar artisti.

    1947-1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında vokal ixtisası üzrə (professor Bülbülün sinfi) təhsil almışdır.
    Musiqili Komediya Teatrında ifaşılıq fəaliyyətinə başlamışdır. 1960-cı ildən ömrünün sonuna kimi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq kimi fəaliyyət göstərmiş, 25 ildən artıq “Vokal - solo oxuma” kafedrasına rəhbərlik etmişdir (1967-1993).

    Fəaliyyət illərində bir çox peşəkar ifaçılar hazırlamışdır.Onun tələbələri arasında: Y.Zelenskaya, L.Trifonova, S.Mirzəyeva, S.Məmmədova, M.Məlikov, Z.Rzayev, R.Behbudova, Ə.Poladov, N.Hüseynova və başqalarının adlarını qeyd etmək olar.
    K.Kərimov “Görkəmli müğənni və pedaqoq Bülbülün vokal pedaqoji prinsipləri” mövzusunda elmi iş yazmışdır.