Kərimova Zərif Hafiz qızı
Baş müəllim
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsil: 2000-2004 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin bakalavr , 2004-2006-cı illərdə isə magistr pilləsində təhsil alıb, 2006-2008-cı illərdə aspiranturanı bitirib. 2002-2006-cı illərdə bəstəkarlıq fakültəsində Arif Məlikovun sinfində oxuyub.
Pedaqoji fəaliyyəti: 2008-ci ildən Bakı Musiqi Akademiyasında konsertmeyster, 2011-ci ildən isə "Fortepiano" fakültəsinin müəllimidir.
Elmi və ifaçılıq fəaliyyəti:
2010-cu ildə Yunanıstanın Salonniki şəhərində keçirilən Beynəlxalq Müsabiqədə I yerə, “İlin ən uğurlu Bəstəkarı” və “İlin ən uğurlu ifaçısı” nominasiyasında isə II yerə layiq görülüb.
2011 - ci ildə həmin müsabiqənin münsiflər heyyətinin üzvü seçilib. 2010-cu ildə Bakıda keçirilən Qara Qarayev adına Beynəlxalq müsabiqənin diplomantıdır.
2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda keçirilən Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransında məruzə ilə çıxış edib.