• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hacıyeva Firəngiz Alim qızı

    Dosent

    Doğum yeri: Azərbaycan, Culfa şəh.

    Təhsili: 1967-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda təhsilini bitirib. 1972-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini başa vurub.

    Pedaqoji fəaliyyəti: 1972-1973-cü  illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster vəzifəsində çalışıb. 1973-1975-ci illərdə Rimskiy–Korsakov adına Leniqrad Dövlət Konservatoriyasının «İxtisas fortepiano» kafedrasında assistent-stajorluğu müvəffəqiyyətlə bitirib.

    1975-1979 –cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının «Metodika və xüsusi pedaqoji hazırlıq» və «Konsertmeyster ustalığı» kafedrasında müəllim və «İxtisas fortepiano № 1» kafedrasında assistent kimi fəaliyyət göstərmişdir.

    1979-1984-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında «İxtisas fortepiano №1» kafedrasında müəllim, 1984-1990–ci illərdə baş müəllim, 1990-ci ildə dosent vəzifəsinə təyin olunmuşdur. Bu illər ərzində Lvov və Tiflis Dövlət Konservatoriyalarında təcrübə keçmişdir.

    1990-1994-cü illər SƏR–də Aleppo şəhərində Arəb Musiqi İnstitutunun professoru, 1994-2012-ci illərdə SƏR–də Dəməşq şəhərində Ali Musiqi İnstitutunun professoru vəzifəsində çalışmışdır.

    Elmi və ifaçiliq fəaliyyəti: 1977–ci ildə Tiflisdə keçirilən Zaqafqaziya müsabiqəsinin, 1979–cu ildə Bakıda keçirilən müsabiqəsinin diplomantıdır.

    Bakı, Moskva, Leniqrad və başqa şəhərlərində solo və kamera musiqisi konsertləri ilə çıxış etmiş və ustad dərsləri keçirmişdir.

      Bir sıra elmi işləri var.