Mirzəyeva Gülnarə Nadir qızı
Dosent
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsil: 1966-cı ildə Bül-Bül adına xüsusi musiqi məktəbinə daxil olub.
1967-ci ildə müəllim Anna Yakovlevna Kopeleviçin sinifinə daxil olub və 1978-ci ildə məktəbi bitirib.
1978-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, professor Elmira Nəzirovanın sinifinə daxil olub, 1983-ci ildə əlaçı kimi təhsilini bitirmişdir.
Pedaqoji fəaliyyəti: 1983-cü ildən bu günə qədər Bül-Bül adına orta ixtisas musiqi məktəbində işləyir.
1992-ci ildən Üzeyir Həcıbəyli adına Bakı Musiqi Akademiyasında əvəzçi kimi, 2010–cu ildən əsas müəllim kimi işləyir. 1983–cü ildə nəfəs alətləri kafedrasında, 1993-ci ildən milli dirijorluq kafedrasında, 2002-ci ildən isə kamera ansambl kafedrasında konsertmeyster vəzifəsində çalışırdı.
2002-ci ildən 2004-ci ilə qədər Milli Konservatoriyada konsertmeyster vəzifəsində işləyib.
2004-ci ildən Bakı Musiqi Akademiyasında konsertmeyster ustalığı kafedrasında dərs aparır.
2009-cu ildən baş müəllim, 2015–ci ildən dosent vəzifəsindədir.
Elmi və ifaçılıq fəaliyyəti: G.N.Mirzəyeva bir çox konsertlərdə böyük proqramlarla çıxış etmiş, dinləyicilər tərəfindən maraqla dinlənilmiş.
Fəal konsert proqramları ilə yanaşı, elmi pedaqoji fəaliyyətlə də məşğul olur. Onun bir sıra metodik tövsiyyə və dərs vəsaitləri var.
Onun tələbələri bir çox müsabiqələrdə laureat olmuş və diplomlara layiq görülmüşlər.