• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    İsmayılova Arzu Nuru qızı

    Kafedrasının dosenti

    Doğum yeri və tarixi:   Azərbaycan, Bakı şəh., 22 iyun 1968 il.

    Təhsil:    1975 ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmuş və 1986-cı ildə bitirmişdir.

    1986 –cə ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1991-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.  Təhsil aldığı müddətdə Q.Qarayev təqaüdü ilə təltif olunmuşdur.

    Pedaqoji fəaliyyəti:

    1991-ci ildə “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında əvəzçi-müəllim kimi fəaliyyət göstərir.

    1994 –cü ildən “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında müəllim vəzifəsinə təyin olunmuşdur. Həmin ildən etibarən kafedrada baş müəllim kimi fəaliyyətini davam etdirir.

    A.İsmayılova hazırda Bakı Musiqi Akademiyasının dissertantıdır.


    Elmi fəaliyyəti:   Bir sıra elmi vəsaitlərin müəllifidir.