
5 fevral 2024-cü il
5 fevral 2024-cü il tarixində Belarusiya Dövlət Musiqi Akademiyasının rektoru, “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti Kurakina Elena Viktorovnanın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəsmi ziyarəti olmuşdur.

26 yanvar 2024-cü il
26 yanvar 2024-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli konsert salonunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının elmi işçisi, bəstəkar, doktorant İlahə Qismətin “Rəngli Lövhələr” fortepiano məcmuəsinin təqdimatı keçirildi.

19 yanvar 2024-cü il
19 yanvar 2024-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında imtahanlara başlamadan öncə BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və digər professor-müəllim heyəti tərəfindən tələbələrlə silsilə mühazirələr, açıq dərslər keçirilərək, 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

17 yanvar 2024-cü il
Ustad sənətkarın yubileyi!

23 dekabr 2023-cü il
Arif Məlikovun yubileyi ilə bağlı növbəti tədbir.

22-24 dekabr 2023-cü il
2023-cü il 22-24 dekabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Şabran Yaradıcılıq-İstirahət Kompleksində Elm və Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində tədrisin keyfiyyətinin və məzmun zənginliyinin artırılması üzrə ekspert qruplarının dəyirmi masası keçirildi.

19 dekabr 2023-cü il
19 dekabr 2023-cü il Baku Marriott Hotel Boulevardda Azərbaycan Karyera İnkişaf Forumu keçirildi.

18 dekabr 2023-cü il
18 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq artisti, professor Fərəc Qarayevin 80 illik yubileyi ərəfəsində konsert-konfrans keçirildi.

15 dekabr 2023-cü il
2023-cü il 15-16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirildi.

14 dekabr 2023-cü il
Bakı Musiqi Akademiyasında “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” III Beynəlxalq elmi-praktiki konfrans keçirildi.

13 dekabr 2023-cü il
13 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bakı Musiqi Akademiyası üzrə sədri, Fəlsəfə elmləri doktoru, BMA-nın “Azərbaycan Ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru Mina Hacıyevanın təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi və görkəmli bəstəkarımız Arif Məlikovun 90 illiyinə həsr olunmuş "Əfsanənin izində" adlı yaradıcı görüş keçirildi.

12 dekabr 2023-cü il
12 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına konfrans zalında görkəmli siyasi xadim Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi.

12 dekabr 2023-cü il
12 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Azərbaycan tarixi" dərsində Ümummilli lider Heydər Əliyevin anım günü bir dəqiqəlik sükutla yad edildi.

8 dekabr 2023-cü il
8 dekabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dünyaşöhrətli Rus bəstəkarı Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert-konfrans keçirildi.

28 noyabr 2023-cü il
28 noyabr 2023-cü il tarixində Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliyinin təşkilatçılığı ilə Venesuela Bolivar Respublikasının Simon Bolivar Milli Konservatoriyasının direktoru cənab Ronnie Morales Matie ilə Bakı Musiqi Akademiyasının rektoru cənab Fərhad Bədəlbəyli arasında görüş keçirilmişdir.

23-24 noyabr 2023-cü il
“Qərbi Azərbaycana qayıdış” adlı I beynəlxalq festival və konqres Naxçıvanda keçirildi

23 noyabr 2023-cü il
23 noyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş festival çərçivəsində konsert və konfrans keçirildi.

21 noyabr 2023-cü il
21 noyabr 2023-cü il tarixində Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” adlı kitabının təqdimatı keçirildi.

20 noyabr 2023-cü il
20 noyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyasının 31 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

16 noyabr 2023-cü il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının sabah qrupunun tələbələri - İbrahimzadə İluzər və Səlimov Namiq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülmüşdülər.

15 noyabr 2023-cü il
Azərbaycan Bəstəkarlar İttifaqında Arif Məlikovun xatirəsi anıldı

13 noyabr 2023-cü il
Azərbaycanın Əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" kitabı alman dilinə tərcümə olunmuşdur.

3 noyabr 2023-cü il

1 noyabr 2023-cü il

31 oktyabr 2023-cü il
31 oktyabr 2023-cü il tarixində Bakı Ali Neft Məktəbində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Karyera Mərkəzlərinin ll Strateji İnkişaf konfransı” keçirildi.

29 oktyabr 2023-cü il

26-27 oktyabr 2023-cü il
“Türkiyə Cümhuriyyəti -100” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi

25 oktyabr 2023-cü il
25 oktyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında «Фарида Халилова. Научные труды. Архивные материалы. Воспоминания» adlı kitabının təqdimat mərasimi keçirildi.

25 oktyabr 2023-cü il
25 oktyabr 2023-cü il tarixində Üzeyir Hacıbəylinin ev muzeyində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 110 illiyinə həsr olunmuş konfrans keçirildi.

24 oktyabr 2023-cü il
24 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Elm və təhsil naziri Emin Əmrullayev, həmçinin Azərbaycan Respublikasının Xalq artisti, AR-nın Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) ziyarət etmişlər.
© Copyright 2025 Bakı Musiqi Akademiyası