Konsertmeyster ustalığı kafedrası. Tarix
“Konsertmeyster ustalığı” (müşayiət) kafedrası Azərbaycan Dövlət Konservatoriyasında 1937-ci ildə yaradılmışdır.İdarəetmə heyətinin tapşırığı ilə ümumi rəhbərlik işini bu sənətə böyük əhəmiyyət verən, professor Q.Q.Şaroyev həyata keçirirdi. Müşayiət sinfinin fəaliyyətində Azərbaycan Dövlət Konservatoriyasının bir sıra müəllim və musiqiçiləri fəal iştirak edirdilər və ilk növbədə müşayiət sənətinə professional şəkildə yiyələnmiş istedadlı musiqiçi, təcrübəli konsertmeyster V.M.Kozlov.
1930-40-cı illər dönəmində sinfin işinə E.Xanina, E.Əliyeva kimi müəllimlər cəlb olunurlar. O zamanlar “Fortepiano” fakültəsinin əksər tələbələri müşayiət sinfi üzrə təcrübə keçməsi üçün vokal, eləcə də orkestr siniflərinə əlavə edilirdilər.