• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

İfaçılıq fakültəsi

Kamera ansamblı kafedrası. Tarix

Kamera ansamblı kafedrası 1960-cı ildə təşkil edilmişdir. Onun ilk rəhbəri  İ.M.Turiç olmuşdur. Kafedraya 1962-ci ildən 1976-cı ilədək  V.T.Anşeleviç rəhbərlik etmişdir. Kafedranın yaradıcılıq və təşkilatı əsaslarının formalaşması məhz bu illərdə qoyulmuşdur. Növbəti illər ərzində kamera ansamblı kafedrasına B. Məmmədzadə, R. Nərimanbəyli, T. Aslanov, A. Rzayev rəhbərlik etmişlər.

Kamera ansamblı kafedrasının müvəffəqiyyətli işi burada çalışmış böyük musiqiçilərin adı ilə bağlıdır: A.S. Şvarts (violonçel), V.T. Anşeleviç (violonçel), İ. Turiç (violonçel), S.H. Əliyev (violonçel), A.X. Neyman (violonçel), A.H. Rzayev (violino), T. Bakıxanov (violino), T.R. Aslanov (viola), R.C. Nərimanbəyli (violino).

Ardını oxu...


 

Müəllimlər siyahısı

Neymanova Kəmalə İlyas qızı

Kafedra müdiri, professor

Babayeva Töhfə Ağəli qızı

Professor, Əməkdar artist

Əhmədbəyova Fəridə Bəylər qızı

Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Hacıyev Telman Muxtar oğlu

Professor, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru

Sadıqzadə Maya Nəsir qızı

Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Əhmədova Xavər Surxay qızı

Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Əlizadə Arzuxanım Yaqub qızı

Dosent

Hacıyev Mikayıl Əhməd Cövdət oğlu

Dosent

Hacıyev Vaqif Telman oğlu

Dosent

Erişen Kübra Ramiz qızı

Dosent

Əliyeva Talehə Əli Ağa qızı

Baş müəllim

Muxtarova Lalə Nazim qızı

Baş müəllim

 

Abdullayeva Xəyalə Fəxrəddin

Müəllim

 

Hacıyeva Aynur Seymur qızı

Müəllim